Interposta.Info

Bazarlarda şok ucuzlaşma - kartof-soğanın qiyməti iki dəfə endi-

İqtisadiyyat
 9-06-2018, 19:33     10 552

Son vaxtlar hava şəraitinin yağıntılı keçməsi, rayonlara dolu yağması fermer təsərrüfatlarını da ciddi ziyan vurdu. Bu isə kənd təsərrüfatı bazarlarında qiymətlərə təsirsiz ötüşmədi. Bakı bazarlarında əsasən mövsümi meyvələrin qiymətləri yüksəldi.

Bəs görəsən, bazardakı məhsulların qiyməti ötən illə müqayisədə necədir?

Xüsusən də çiyələyin əkin sahələrini yağış vurması nəticəsində hektarlarla ərazidə məhsul yararsız hala düşdü. Bu il əkinin çox olması səbəbindən çiyələyin ucuz olacağı gözlənilsə də, bu baş vermədi. Hazırda 1.50 manatdan ucuz çiyələk tapmaq mümkün deyil. Dİgər meyvələrdən almanın qiyməti hədsiz baha oldu. Bazarda ən ucuz almanın kiloqramı 1 manatdan təklif olunur. Alça, ərik, gilas kimi digər mövsümi meyvələrin qiyməti isə nisbətən qənaətbəxşdir.

Meyvələrdəki bahalaşmanı tərəvəzlərə şamil etmək olmaz. Bazarda kartof və soğanın qiyməti heç vaxt olmadığı qədər ucuzdur. Belə ki, kartofun kiloqramı 30-40 qəpik, soğan isə 30 qəpikdən təklif olunur.

Bir müddət yüksək qiymətlərilə gündəmə gələn pomidor və xiyarın qiyməti isə xeyli ucuzlaşıb. Pomidorun kiloqramı 70 qəpik-1 manat civarında, xiyar isə 80 qəpik-1 manat arasında satılır. Satıcılar iyun ayının ortalarında bu məhsulların qiymətində bir qədər də ucuzlaşacağını bildirdilər.

Bazarda həmsöhbət olduğumuz satıcı və alıcılar da məhsulun bol olduğunu və bəzi meyvələr istisna olmaqla qiymətlərin ucuzlaşdığını bildirdilər.

Daha ətraflı təqdim etdyimiz videosüjetdən izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26