Interposta.Info

Bazarlarda kiloqramı 350 manata alça var -

Ölkə
 24-01-2019, 10:59     10 532

Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, soyuducalarda saxlanılan meyvələrin qiyməti yay mövsmündəkindən qat- qat yüksəkdir. Bu cür meyvələr adətən qramla satılır.

Məsələn, 125 qarmlıq böyrütkən 13 manata təklif edilir. Lakin qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir.

Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir. Ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq çəki ilə deyil, daha çox ədədlə satılır. Kiloqramı isə 350 manatadır.

Satıcılar bildirirlər ki, bu meyvələr ölkə xaricindən gətirilir.

Qiymətlərin 2-3 ay ərzində enəcəyi gözlənilir.

İnterPosta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26