Interposta.Info

Elman Rüstəmov danışdı: Dollar kreditlərinin taleyi necə olacaq?

İqtisadiyyat / Gündəm
 9-04-2018, 20:27     10 466

Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb.

Qaynarinfo-nun məlumatına görə, baş bankir faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında əlavə edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir:

"Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".

Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: ”Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26