Interposta.Info

Elman Rüstəmov açıqladı: Devalvasiya gözlənilirmi?

İqtisadiyyat
 14-06-2018, 12:43     10 629

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

"XeberBiz" Milli.Az-a istinadən xəbər verir ki, MB sədri bunun şayiədən başqa bir şey olmadığını bildirib:

"Devalvasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında... Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları tələb-təklifdə 2 milyard təklifin xeyrinədir. Belə olduğu bir şəraitdə ölkədə devalvasiyadan danışmaq olmaz".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26