Interposta.Info

Elman Rüstəmovdan devalvasiya açıqlaması: manat ucuzlaşacaq?

İqtisadiyyat
 1-02-2019, 12:41     10 365


"Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi stabilik üzərində qurulub".

Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub", deyə sədr qeyd edib.

Onun sözlərinə görə, 2018-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitin 100 milyonu büdcəyə valyuta şəklində daxil olub. Bu isə dövlətin valyuta ilə olan öhdəliklərinə xidmət edəcək.

"Manatın sabitliyinin qorunması üçün aprel-avqust aylarında panika yaranmaması üçün tədbirlər gördük. Qonşu dövlətlərdə milli valyutalarda yüksək volatillik bizə də ciddi şəkildə təsir etdi. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməyərək, valyuta satışının həcmini bir qədər yüksəlməklə vəziyyəti tənzimlədik. Ölkənin tədiyyə balansında üç milyard dollarlıq artıq valyuta təklifi ola bilərdi, ancaq bu valyutanın göstərə biləcəyi təsirlər də sterilizasiya nəticəsində aradan qaldırıldı.

Manatın məzənnəsi ilə bağlı son söhbətlər qeyri-ciddidir. Neftin şokundan qorunmaq üçün müvafiq addımlar atılıb və tədbirlər görülüb. Bu məsələ əhəmiyyətli dərəcədə neytrallaşdırılıb və volatillik məhdudlaşdırılıb”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26