Azərbaycanın tədiyyə balansında 1,4 milyard dollar profisit yaranıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 1,4 mlrd. ABŞ dolları təşkil edib
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, həm neftin 25% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.
Belə ki, 9 ay ərzində CƏB-də 1,1 mlrd. dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. dollar və yaxud 66,7% artaraq 5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə illik müqayisədə 0,2 mlrd. dollar və yaxud 5% azalaraq 3,9 mlrd. dollar olub. Başqa sözlə, neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26