"Qarabağ" əcnəbi hücumçu transfer edir
Çempionlar Liqasına qatılmağın bir addımlığında olan "Qarabağ" daha bir transferi reallaşdırmaq üzrədir.
Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla razılığa gəlib.
23 yaşlı futbolçunun yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.
Duran son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.
O, ötən mövsüm Portuqaliya 2-ci Liqasında 26 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. //idmanxeber.az
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


