Interposta.Info

"Qarabağ" "Araz-Naxçıvan"ı yenib, finala çıxdı
 

İdman
 23-04-2025, 19:21     43 642

Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.

"İnterPosta"xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.

Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.

"Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26