Qara Qarayev “Neftçi”dən getdi

"Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.
"İnterPosta" AZƏRTAC-a istinadən xəbər verir ki, "ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, "Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26