Interposta.Info

“Neftçi” Qəbələdə təlim-məşq toplanışına başlayır
 

İdman
 5-09-2023, 16:17     464

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.

Paytaxt klubundan verilən məlumata görə Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.

Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-da saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. “Flaqman” beş turdan sonra səkkiz xalla turnir cədvəlində üçüncü yeri tutur.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26