Interposta.Info

Şahin Diniyevlə bağlı qərar verildi

İdman
 29-05-2024, 18:50     26 039

"Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə bağlı qərarını açıqlayıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "İnterPosta"-ya verilən məlumata görə, 58 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.

Klubun Müşahidə Şurasının qərarına əsasən, çalışdırıcı ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Səbail” 2023-2024-cü illər mövsümündə Şahin Diniyevin rəhbərliyi altında Premyer Liqada 7-ci pilləni tutub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26