Interposta.Info

“Qəbələ”dən ayrıldı: Yeni ünvanı hara olacaq?

Ölkə
 5-06-2023, 15:15     162

“Qəbələ” klubu futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.

Əyalət təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 2021-ci ilin yayından komandanın formasını geyinən 29 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb.

Klub onunla yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Məqsəd İsayev iki mövsüm ərzində 73 matçda 4 qol vurub. O, Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandanın heyətində Azərbaycan Kubokunun qalibi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, M.İsayev karyerasını “Zirə”də davam etdirəcək. Paytaxt klubu sağ cinah müdafiəçisi ilə iki illik müqaviləni razılaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26