6500-ə yaxın hüquq termininin izahını əhatə edən vahid Məlumat Bazası istifadəyə verilib
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 2025-ci ildə "Hüquq Terminləri Lüğəti” hazırlanaraq ictimaiyyətin istifadəsinə təqdim edilib.
Goldmedia.az xəbər verir ki, bu resurs istifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanış olmaq imkanı yaradır. Lüğətdə 3700-dən çox hüquq termininin izahı verilib.
İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə terminlər əlifba sırası ilə yerləşdirilmişdir. Müvafiq hərfə keçid etməklə həmin hərflə başlayan terminlər və onların izahları ilə asanlıqla tanış olmaq mümkündür.
2026-cı ildə isə İnstitut tərəfindən "Terminlər lüğəti (hüquqla kəsişən sahələr). Bakı–2026” adlı yeni vəsait hazırlanıb. Bu lüğətdə 2700-dən çox termin yer alıb.
Beləliklə, hər iki lüğətin inteqrasiyası nəticəsində təxminən 6500 hüquq termininin izahını özündə birləşdirən vahid məlumat bazası yaradılmış və e-huquqshunas.az platformasında istifadəyə verilib.
Hüquqi terminlər lüğəti kitab şəklində də işıq çap olunacaq.
Bu keçid vasitəsilə məlumat bazası ilə tanış olmaq mümkündür.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



