Interposta.Info

"Səbail" rəhbərliyində istefa

İdman
 20-06-2023, 15:10     304

Bu gün "Səbail”in Müşahidə Şurasının növbəti iclası keçirilib.

"İnterPosta"-nın məlumatına görə İcraçı direktor Fərəc Əliyev və baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda "Səbail” FK-nın əsas komandasının növbəti mövsümə hazırlıqla bağlı planları müzakirə olunub, görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

İcraçı direktor Fərəc Əliyev ötən mövsüm "Səbail” FK-nın bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək tutduğu vəzifədən istefa verdiyini bildirib. Müşahidə Şurası istefanı qəbul edib. Yeni icraçı direktorun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26