Interposta.Info

“Kəpəz” Tərlan Əhmədovla yolları ayırdı, yeni məşqçinin kimliyi bəlli oldu - YENİLƏNİB

Ölkə
 9-06-2023, 20:38     130

Tərlan Əhmədovla yollarını ayıran “Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu elə gəncəli mütəxəssisə tapşırılacaq.

“Sarı-göylər” son olaraq “Səbail”də baş məşqçi Şahin Diniyevin köməkçisi olmuş Azər Məmmədovla anlaşıblar.

Onun köməkçiləri də məlumdur. A.Məmmədova Etibar İbrahimov və Xaliq Mərdanov kömək edəcəklər. Komandada qapıçı məşqçisi də gəncəli olacaq. Ancaq onun kimliyini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, ötən mövsüm “Kəpəz”ə gəncəli mütəxəssisin rəhbərlik etməməsi yerli futbol ictimaiyyətinin narazılığına səbəb olub.

17:34

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla bağlı qərar verib.
Oxu.Az -ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi mütəxəssislə başa çatan müqaviləni yeniləməyib.

Bu gün klub rəhbərliyi ilə çalışdırıcı arasında görüş baş tutub. Tərəflər şərtlərdə anlaşa bilməyiblər.

Tərlan Əhmədov işinə davam etmək istəyib. Lakin klub rəhbərliyi ötən mövsüm yaşanan problemlərə görə onu postunda saxlamağı lazım bilməyib.

51 yaşlı mütəxəssis keçən ilin sentyabrından “Kəpəz”i çalışdırıb. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında mövsümü 31 xalla 8-ci pillədə başa vurub. T.Əhmədov “Kəpəz”i elitada saxlamağı bacarsa da, mövsümboyu neqativ söz-söhbətlər, mütəxəssisdən narazılıqlar səngiməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26