Interposta.Info

"Turan Tovuz"un futbolçularına sərt cəza - Söyüşə görə

 

İdman
 20-04-2023, 15:03     516

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasının 30-cu turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul edilib:

"Zirə” – "Səbail” oyununun II hissəsində "Səbail” klubu meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilir (maddə 52.4);

"Neftçi” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);

"Kəpəz” – "Turan Tovuz” oyununda "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);

"Kəpəz” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

"Kəpəz” – "Turan Tovuz” oyunu bitdikdən sonra "Turan Tovuz” klubunun futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1);

"Kəpəz” – "Turan Tovuz” oyunu bitdikdən sonra "Turan Tovuz” klubunun qapıçısı Kamal Bayramov rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1);

"Kəpəz” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilir (maddə 61.5);

"Sabah” – "Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə "Sabah” klubu 400 manat cərimə edilir (maddə 62.2);

"Sabah” – "Qarabağ” oyununda "Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Sabah” – "Qarabağ” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Sabah” – "Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

"Sabah” – "Qarabağ” oyununda "Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına görə meydan sahibi kluba dəymiş zərər "Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 49.4);

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26