Interposta.Info

AFFA Birinci Divizion klublarını cəzalandırdı

İdman
 16-09-2022, 18:31     598

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

"İnterPosta" qurumun rəsmi sayına istinadən xəbər verir ki, iclasda Birinci Divizionun 4-cü turunda baş verən qayda pozuntularına görə aşağıdakı qərarlar çıxarılıb.

"İmişli” – "Mingəçevir” oyununda "Mingəçevir” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

"İmişli” – "Mingəçevir” oyununda "İmişli” klubunun 13 nömrəli futbolçusu Həmzə Əliyev oyunun 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

"Zirə-2” – "Turan Tovuz-2” oyununda "Zirə-2” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

"Zaqatala” – "Səbail-2” oyununda "Zaqatala” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26