Interposta.Info

AFFA-dan klublara cərimə "yağışı"

İdman
 21-12-2021, 15:33     490

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

"İnterPosta" xəbər verir ki, iclasda Premyer Liqanın 14-cü turu və kubokun 1/8 final mərhələsində yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar çıxarılıb.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – "Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibləri 400 manat cərimələnib. Bundan başqa MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməməsi kluba 800 manata başa gələcək. "Hərbçilər" futbolçularına görə də xərcə düşəcək. Belə ki, Elşən Veysov "kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunur. 4 futbolçusunun sarı vərəqə almasına görə isə MOİK büdcəsindən daha 800 manat da itirəcək.

Kubokun 1/8 final mərhələsinin "Zaqatala” – "Səbail” oyununda "Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın 14-cü turu çərçivəsində baş tutan "Qəbələ” – "Neftçi” matçında "Qəbələ”nin futbolçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Flaqman üstəlik 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün əlavə 800 manat da cəriməyə məruz qalıb.

"Sumqayıt” – "Keşlə” oyununun 80-ci dəqiqəsində "Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunub.

"Qarabağ” – "Zirə” oyununda "Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat ödəmək məcburiyyətində qalacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26