Interposta.Info

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

 

İdman
 11-12-2021, 22:39     3 248

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

"İnterPosta" məlumatına görə, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra "Qarabağ” və "Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb.

"Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan kuboku
1/4 final
(1/2-12/13 fevral)

"Qarabağ" - "Keşlə"
"Neftçi" - "Sabah"
"Zirə" - "Səbail"
"Sumqayıt" - "Qəbələ"

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 12-13 fevralda gerçəkləşəcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26