Interposta.Info

"Qarabağ" yarımfinala böyükhesablı qələbə ilə yüksəldi

Ölkə
 11-02-2022, 21:44     11 975


Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində bu gün bir oyun keçirilib.

"İnterPosta" xəbər verir ki, "Qarabağ" "ASK Arena"da kubokun son qalibi "Keşlə"nin qonağı olub. Görüşdə Qurban Qurbanovun komandası rəqibini böyükhesablı məğlubiyyətə uğradıb - 6:0. İlk görüşdə vurulan qolu da nəzərə alsaq, iki oyunun nəticəsinə görə ümumi hesab 7:0 olub.

"Qarabağ"ın qollarına Patrik Andrade (9), İbrahima Vadji (17, 45), Ramil Şeydayev (43-p. 84) və Musa Qurbanlı (79) imza atıb.

Beləliklə, cari mövsüm ölkə kubokunda ilk yarımfinalçı məhz Ağdam komandası olub.

1/4 final mərhələsinin digər cavab matçları qarşıdakı iki gün ərzində keçiriləcək. Ayın 12-də "Sabah" "Neftçi"ni qəbul edəcək, 13-də "Qəbələ" doğma meydanda "Sumqayıt"la, "Səbail" isə "Zirə" ilə qarşılaşacaq./qaynarinfo

İntrrPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26