Interposta.Info

Azərbaycan Premyer Liqasında 12-ci tura start verilir
 

İdman
 27-11-2021, 10:20     651

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Keşlə" ilə qarşılaşacaq. Bu kollektivlər indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Görüşlərin 1-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. Qalan 5 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə” son 10 oyunda məğlub olmayıb. "Sabah” evdə qalib gəlməyib.

Günün son matçında "Neftçi" "Bakcell Arena"da "Səbail"lə üz-üzə gələcək. Komandalar bunadək Premyer Liqada 16 oyunda üz-üzə gəlib. Bunların 11-də "Neftçi" 2-də isə "Səbail" qələbəyə sevinib. Digər 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi flaqmanın xeyrinədir - 37:11. "Neftçi” ardıcıl 5 qələbə qazanıb. Son 4 matçın hərəsində 4 qol vurulub.

Turun digər 2 görüşü sabah və birisigün baş tutacaq. Ayın 28-də "Sumqayıt" "Zirə"ni, 29-da isə "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XII tur

27 noyabr (şənbə)

15:00. "Sabah” – "Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".

18:15. "Neftçi” – "Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena”.

"Qarabağ" - 26, "Qəbələ" - 21, "Zirə" - 19, "Neftçi" - 17, "Sabah" - 11, "Sumqayıt" - 11, "Keşlə" - 10, "Səbail" - 9/qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26