Interposta.Info

“Atletiko” “Arsenal” və “Valensiya”nın keçmiş müdafiəçisi ilə müqavilə imzaladı
 

İdman
 31-01-2024, 20:59     25 983

“Atletiko Madrid” rəsmi saytında müdafiəçi Qabriel Paulista ilə müqavilə imzaladığını açıqlayıb.

Braziliyalı 2017-ci ildən “Valensiya”da oynayır. Bu gün 33 yaşlı oyunçu müqaviləsini ləğv edərək azad agent kimi “Atletiko”ya keçib. Paulistanın “Madrid” klubu ilə müqaviləsi cari mövsümün sonuna kimidir.

Karyerası ərzində müdafiəçi “Vilyarreal”, Londonun “Arsenal” və Braziliyanın “Vitoriya” klublarında çıxış edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26