Interposta.Info

NBA klubu məşqçi ilə rekord məbləğdə müqavilə bağladı

İdman
 10-01-2024, 15:02     22 489

NBA komandalarından "Mayami Hit" Erik Spoelstra ilə müqaviləni yeniləyib.

Qaynarinfo-nun məlumatına görə, ESPN-də yayımlanan xəbərdə, "Miami Heat" və təcrübəli çalışdırıcının müqavilə müddətini uzatmaq üçün razılığa gəldiyi bildirilib. Müqavilənin 8 il müddətinə uzadıldığı və Spoelstranın 120 milyon dollar qazanacağı da irəli sürülüb.

Spoelstra, keçən mövsüm finalda "Denver Naqqets"ə məğlub olan "Mayami Hit"in ən uzun müddət işləyən ikinci məşqçisidir. "San Antonio Spurs"dan Qreqq Popoviç klubda ən uzun müddət işləyən məşqçilər siyahısında ilk pillədədir.

Spoelstra liqada ən çox qələbə qazanan məşqçidir. Onun aktivində 725 qələbə var. 1995-ci ildə "Mayami Hit"də video koordinatoru kimi işə başlayan Erik Spoelstra 13 il komandada müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ildə Pat Riley təqaüdə çıxandan sonra 53 yaşlı məşqçi komandanın başına keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26