Interposta.Info

"Ayaks" baş məşqçisini qovdu

İdman
 27-01-2023, 14:54     386

"Ayaks" baş məşqçisi ilə yolları ayırıb.

"İnterPosta"-nın məlumatına görə, bu barədə Niderland klubundan açıqlama verilib. Açıqlamada Alfred Şröyderlə yolların ayrılmasında komandanın zəif nəticələri və performansının böyük rol oynadığı bildirilib. Onun köməkçisi Matias Kaltenbaxın da qovulduğu bəyanata daxil edilib.

Məşqçilik karyerasına "Vitess"də köməkçi məşqçi kimi başlayan Şröyder, daha sonra "Tvente", "Ayaks", "Hoffenhaym" və "Barselona"da da eyni vəzifəni icra edib.

2021/22 mövsümündə Belçika Liqası komandalarından olan "Brügge"nin "sükanı arxası"na keçən mütəxəssis mövsüm bitdikdən sonra "Ayaks"a baş məşqçi təyin olunub.

Bu mövsüm 18 oyundan sonra 34 xal toplayan "Ayaks" 5-ci pillədə qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26