Interposta.Info

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşdi

İdman
 19-08-2020, 09:48     635

"Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə "El Mundo Deportivo” nəşri məlumat yayıb.

İddia olunub ki, Kataloniya klubu Niderland millisinin baş məşqçisi Ronald Kumanla anlaşıb. Kike Setyeni istefaya göndərən "Barcelona" 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.

Kumanın Niderland Kral Futbol İttifaqı ilə müqaviləsində yer alan bəndə əsasən, "AVRO-2020"dən sonra məhz "Barselona”dan təklif gələrsə, komandanın sükanı arxasına keçə bilər.

Qeyd edək ki, Ronald Kuman 1989-1995-ci illərdə "Barselona"da oynayıb, 1998-2000-ci illərdə komandada məşqçi işləyib. 2018-ci ildən Hollandiya millisinə başçılıq edən mütəxxəssis indiyədək vətənində "Vitess", "Ayaks", PSV, "Feyenoord", Portuqaliyada "Benfika", İspaniyada "Valensiya", İngiltərədə "Sautqempton" və "Everton"a başçılıq edib./fanat.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26