Interposta.Info

"Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər

İdman
 23-09-2019, 09:34     10 478

"Barselona" futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.

Bu barədə İspaniyanın AS nəşri bildirib.

Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında - "Vilyarreal"la evdə, "Xetafe" ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.

Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı - İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.

Daha əvvəl bildirilirdi ki, İspaniya "Barselona"sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26