Interposta.Info

"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu

İdman
 29-05-2020, 13:04     628

İspaniyanın "Barselona" klubunun sabiq qapıçısı Viktor Valdes "Horta" komandasının baş məşqçisi olub.

"Report"un məlumatına görə, 38 yaşlı keçmiş qolkiper növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Viktor Valdes 2017-ci ildə karyerasını başa vurub. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib. Təcrübəli qapıçı 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Valdes İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb.

1922-ci ildə təsis edilən "Horta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26