Interposta.Info

Valverdenin “qara siyahı”sı -

İdman
 31-05-2017, 16:39     820

"Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde komandadan göndərilməsinin istədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib.

Qol.az-ın İspaniyanın "Sport" qəzetinə istinadən yaydığı xəbərə görə, siyahıda Arda Turan, Jeremi Matyu, Lukas Din və Rafinya yer alıb. Onların bu yay satışa çıxarılacağı bildirilib.

Xəbərdə 2020-ci ildə müqaviləsi başa çatacaq A.Turana Çin klublarından birindən təklif gəldiyi və Kataloniya klubunun türk yarımmüdafiəçinin satışından yüksək məbləğdə gəlir əldə etmək istədiyi vurğulanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26