Interposta.Info

Messinin qara siyahısı:

İdman
 4-04-2017, 19:06     685

Argentinalı ulduz Messinin “Barselona”dan gedəcəyi ilə bağlı xəbərlərin tez-tez gündəmə gəldiyi bir vaxtda yeni bir iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, Messinin “Barselona”dan getməsini istədiyi futbolçuların ikinci siyahısını hazırladığı və bu siyahıda Arda Turanın adının olmadığı deyilir.

Məlumata görə, ilk siyahıya Ardanın adını daxil edən Messi bu dəfə hazırladığı siyahıdan türk futbolçunun adını çıxararaq, Andre Qomeşi daxil edib.

Buna səbəb Ardanın Qomeşdən daha məhsuldar olmasıdır.

Qeyd edək ki, futbol dünyasında Messinin “Barselona”da diktatorluq etməsi, istədiyi futbolçunu klubdan çıxartdırması haqda iddialar var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26