Interposta.Info

Messinin illik qazancı açıqlandı: Fantastik məbləğ

İdman
 13-01-2018, 11:52     10 604

“Barselona”nın hücumçusu Lionel Messi illik gəliri 100 milyon avrodan artıq olan ilk futbolçu olub.

Axar.az xəbər verir ki, bu barədə “Futbol Liks” informasiya yayıb.

Məlumata görə, Messi yeni müqaviləsinə əsasən futbol tarixində heç bir futbolçunun qazanmadığı qədər - 104 milyon avro qazanacaq. Vergilərin çıxılmasından sonra isə Messi 50 milyon avrodan bir qədər çox qazanır ki, bu da öz növbəsində dünya rekordu sayılır.

Qeyd edək ki, PSJ-nin braziliyalı futbolçusu Neymarın gəliri 36.8 milyon avro, “Şanxay Şenxua”da forma geyinən Karlos Tevezin illik gəliri isə 38 milyon avro təşkil edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26