Interposta.Info

FIBA Avropa Kuboku: “Sabah” Türkiyə klubuna uduzub

 

İdman
 15-11-2023, 23:10     24 321

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olub.
İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 99:80.
Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26