Interposta.Info

Azərbaycan Premyer Liqası: 34-cü tura yekun vurulur - AFİŞA

İdman
 17-05-2023, 09:40     585

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.

Təxirə salınmış oyunda “Sabah” “Sumqayıt”ın qonağı olacaq.

Hazırda paytaxt klubu 77 xalla 2-ci, “gənclik şəhəri” təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın 13 mayda Türkiyənin “Beşiktaş” klubu ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 14-də keçirilməyib.

Azərbaycan Premyer Liqası

34-cü tur

17 may
19:30. “Sumqayıt” - “Sabah”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Kapital Bank Arena”.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” rəqib meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub edib.|oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26