“Sumqayıt” Tovuzda geridönüşlə qələbə qazandı - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.
Oxu.Az xəbər verir ki, XXVIII turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Tovuzlular Natan Oduva və Runi Evanın qollar ilə iki dəfə hesabda önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər və məğlubiyyətlə üzləşiblər. “Sumqayıt”ın heyətində Kamran Əliyev dubl edib, Dieqo Karioka isə penaltidən qələbə qolunu vurub.
Hazırda qərb təmsilçisi 28 xalla altıncı, xalını 24-ə çatdıran “gənclik şəhəri” klubu isə səkkizinci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXVIII tur
“Turan Tovuz” - “Sumqayıt” - 2:3
Qollar: Natan Oduva, 7, Runi Eva, 33 - Kamran Aliyev, 11, 68, Dieqo Karioka, 58 (pen.)
Qırmızı vərəqə: Vüqar Mustafayev, 90+4 (“Sumqayıt”)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu.
09:32
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start veriləcək.
Oxu.Az xəbər verir ki, XXVIII turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
Hazırda qərb təmsilçisi 28 xalla altıncı, “gənclik şəhəri” klubu isə 21 xalla səkkizinci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart
15:30. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu.
Turun qalan dörd matçı aprelin 1-i və 2-si keçiriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26