Interposta.Info

Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra yenidən avrokuboklarda

Ölkə
 3-07-2023, 13:56     178

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu “Sabah” ölkəmizi 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda təmsil edəcək.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.
Qeyd edək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə “Qala” komandası ilə təmsil olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26