Interposta.Info

Basketbol üzrə milliyə yeni baş məşqçi təyin olundu

İdman
 11-01-2020, 10:22     555

Azərbaycan Basketbol Federasiyasında Rəyasət Heyətinin iclası keçirilib.

"İnterPosta" federasiyaya istinadən xəbər verir ki, iclasda Azərbaycan Basketbol Federasiyasının 2020-ci ilin iş planı, işçi komissiyaların təsdiq edilməsi, Jr.NBA Liqasına hazırlıq prosesi və digər təşkilati məsələlər müzakirə edilib.

Məşqçilər Şurasının təklifi ilə Tahir Baxşiyev on altı yaşadək basketbolçulardan ibarət Azərbaycan milli yığma komandasının baş məşqçisi təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26