Interposta.Info

Prezidentin mənzil verdiyi məşqçi və idmançıların SİYAHISI

İdman
 13-12-2018, 18:09     1 135

Prezident İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər qazanmış idmançılar və idman mütəxəssislərini mükafatlandırıb.

İdmançıların bəzilərinə yüksək dövlət mükafatları, pul mükafatları, o cümlədən 25 mənzil hədiyyə edilib.

İnterPosta.info xəbər verir ki, Milli Olimpiya Komitəsi mənzil alanların adlarını açıqlayıb.

1. İsrafilov Nazim Məhəmmədvəli oğlu – atletika üzrə Azərbaycan milli komandasının məşqçisi
2. Xanlarov Rəhman Hüseyn oğlu - Avarçəkmə üzrə Azərbaycan milli komandasının məşqçisi
3. Məhərrəmov Emil Səfərağa oğlu – veteran boksçu
4. Allahverdiyev Rəhim Allahverən oğlu – boks üzrə əməkdar məşqçi
5. Nuruzadə Samit Böyükkişi oğlu – basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi
6. İbrahimov Abil Dəmir oğlu – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi
7. Əzizli Eldəniz Yəmən oğlu - yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu
8. Bakarova Vəfa Təyyar qızı – Gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi
9. Ansari Olqa Vyaçeslavovna – veteran həndbolçu
10. Ağakişiyeva Elmira Nurməmməd qızı – veteran voleybolçu
11. Həşimov Sənan Ağabəkir oğlu – taekvondo üzrə Azərbaycan milli komandasının böyük məşqçisi
12. Məmmədov Məhəmməd Cəbrayıl oğlu - taekvondoçu
13. Babayev Yaşar Əlibaba oğlu – veteran futbolçu
14. Hacıyev Əli Nəriman oğlu - cüdo və sambo üzrə əməkdar məşqçi
15. Qasımova İlahə İlqar qızı – karateçi
16. Hüseynov Ruxi Malik oğlu – şaolin idman növü
17. Əliyev Babək Əziz oğlu – kunqfuçu
18. Aslanov Ramal Əli oğlu – kikboksinqçi
19. Məmmədov Nizami Ayyar oğlu - Şərq əlbəyaxa döyüş növləri
20. Qarayev Cavidan Allahverdi oğlu – samboçu
21. Musayev Rüstəm Vaqif oğlu – pauerliftinqçi
22. Məmmədova Gülnar Mərfət qızı – şahmatçı
23. Əliyev Vaqif Hüseynağa oğlu – həndbol üzrə beynəlxalq dərəcəli hakim
24. Hüseynov Elşən Kamal oğlu – Gənclər və İdman Nazirliyində Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri
25. Rzayev Yaşar Əziz oğlu – Gənclər və İdman Nazirliyində tətbiqi idman növləri sektorunda aparıcı məsləhətçi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26