Interposta.Info

Bakı-2019: XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir

İdman
 21-07-2019, 20:32     10 554

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başlayıb.

APA-nın məlumatına görə, yeddi gün davam edəcək yarışın rəsmi açılış mərasimi Bakı Kristal Zalında keçirilir.

Açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyirlər.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarış üçün paytaxtımızdadır.

İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1991-ci ildən keçirilən festivalı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26