Interposta.Info

 

Dünya çempionatı: Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxacaq

İdman
 2-11-2023, 09:45     22 135

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

“Report”un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Azərbaycan komandası əvvəlki mərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26