Interposta.Info

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 final mərhələsinin ilk oyununda heç-heçə edib

 

İdman
 15-08-2023, 21:31     372

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib.

“Report”un məlumatına görə, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrosmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26