Interposta.Info

Dünya Kuboku: Nicat Abasov karyerasında ilk dəfə 1/8 finalda
 

İdman
 11-08-2023, 18:46     357

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin tay-brek görüşləri keçirilir.

"İnterPosta" xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Tərəflər arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsində N.Abbasov qalib gələrək növbəti raunda adlayıb.
Qeyd edək ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26