Interposta.Info

Azərbaycan voleybol millisi bu gün həlledici oyuna çıxır

İdman
 10-09-2022, 11:42     393

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.

Hazırda doqquz xalla D qrupunda ikinci pillədə yer alan yığma final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan iki xal geri qalır.

Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcəklər. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26