Interposta.Info

Premyer Liqa: “Qarabağ” səfərdə “Turan Tovuz”la heç-heçə edib
 

İdman
 20-10-2023, 21:18     37 891

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura star verilib.

"İnterPosta"nın məlumatına görə, günün ilk oyununda “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb - 2:2.

“Köhlən atlar”ın heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib. 89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqədə Ayxan Quseynov növbəti dəfə tarazlığı bərpa edib
Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 20-yə, “Turan Tovuz” isə 12-yə çatdırıb.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Səbail”in qonağı olacaq. “Kəpəz” - “Zirə”, “Sabah” - “Sumqayıt” oyunları oktyabrın 21-də, “Qəbələ” - “Araz-Naxçıvan” görüşü isə 22-də keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26