Interposta.Info

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır - AFİŞA

İdman
 19-08-2022, 09:49     512


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq.

İlk iki turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7-10-cu yerləri bölüşdürürlər.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi qələbə qazanıb. Altı görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür - 20:20.

“Şamaxı” son altı oyunda uduzmayıb. “Səbail” son doqquz səfərdə yalnız bir dəfə məğlub olub.

Azərbaycan Premyer Liqası

III tur
19 avqust (cümə)
16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu.

Qeyd edək ki, avqustun 20-də “Neftçi” “Sabah”ın qonağı olacaq. Bir gün sonra “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Bu turun “Turan Tovuz”-“Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26