Interposta.Info

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
 

İdman
 30-09-2023, 09:18     524

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

"İnterPosta"xəbər verir ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 49-cu dəqiqədə Abdullah Zubir vurub.

Xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26