Interposta.Info

Gimnastlarımız Türkiyədə keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər
 

İdman
 31-08-2023, 14:29     436

Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

"İnterPosta"-nın məlumatına görə, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

Kişilər arasında Mənsum Səfərov və Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.
Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26