Interposta.Info

Alpaqutçularımız "Avrasiya" kubokunda qalib oldular -

İdman
 27-06-2017, 20:36     747

Gürcüstanda alpaqut üzrə "Avrasiya" kubokuna yekun vurulub.
interposta.info
xəbər verir ki, 22 və 24 iyun tarixlərində keçirilən yarış Dünya Alpaqut Federasiyasının və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Kubok yarışında Gürcüstan, Rusiya, Azərbaycan, İran və Türkiyə iştirak edib. Turnirdə Azərbaycan Alpaqut Federasiyası ümumilikdə 30 nəfər idmançı və 4 nəfər məşqçi heyyəti ilə iştirak edib. 30 idmançıdan 12-si qızıl, 3-ü isə gümüş medala sahib olub. Yarışda Azərbaycan yığma komandasına AAF-ın Baş Katibi ,,Tegin" Rafiq Qasımov rəhbərlik edib. Qeyd edək ki, "Avrasiya" kubokunda inamla çıxış edən Azərbaycan alpaqutçuları komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə medallar, fəxri diplomlar və mükafatlar təqdim olunub.


interposta.info

Alpaqutçularımız "Avrasiya" kubokunda qalib oldular -
Alpaqutçularımız "Avrasiya" kubokunda qalib oldular -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26