Interposta.Info

FHN əməkdaşı alpaqut üzrə dünya çempionu adını qazanıb - FOTO

İdman
 26-11-2018, 23:29     540

Noyabrın 23-dən start götürən “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı başa çatıb.
İnterPosta.info
-nun məlumatına görə, alpaqut döyüş növü üzrə baş tutan dünya çempionatında, 65 kq çəki dərəcəsində FHN əməkdaşı Toğrul Mikayılov yarım finalda Pakistan idmançısını nakaut edərək finala çıxıb. Finalda isə Qırğızıstan idmançısını nakaut edərək dünya çempionu olub.
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut döyüş sənətinin yarış qaydaları dörd sistemdən- aypara, batur, caymaz və qurşaqdan ibarətdir.
Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Nizami Cəfərovdur. Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycan başda olmaqla, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.
Elşən Yəhyayev

İnterPosta.info


FHN  əməkdaşı alpaqut üzrə dünya çempionu adını qazanıb - FOTO
FHN  əməkdaşı alpaqut üzrə dünya çempionu adını qazanıb - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26