Interposta.Info

.

Ölkə / İdman
 13-02-2017, 13:48     602

.

Martın 11-də Şağan Olimpia İdman kompleksində Alpaqut Turan döyüş sənəti üzrə 3-cü respublika çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə razılaşdırılan çempionatın açılış mərasimi 15.00-da baş tutacaq.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov interposta.info-a açıqlamasında bildirib ki, bu çempionatı keçirməkdə əsas məqsədlərinin Türk dünyasına aid milli döyüş sənətinin respublika ərazisində inkişafına nail olmaq olduğunu vurğulayıb: "Həmçinin məqsədimiz böyüməkdə olan gənc nəslin formalaşmasında müsbət əxlaqi keyfiyyətləri və sağlam inkişafı təmin etməkdir. Siqaret, spirtli içki, narkamaniyaya qarşı mübarizə aparmaq və uşaqların cinayətindən uzaq qalması üçün onları maarifləndirmək, idmana cəlb etmək hər birimizin borcudur".
Federasiya prezidenti gənclərin vətənə məhəbbət ruhuyla cəsarətli və qorxmaz böyüməsini təmin etmək məqsədilə bundan sonra da bir sıra yarışlar, çempionatlar keçirəcəklərini bildirib: "Biz mütəmadi şəkildə müxtəlif böyükmiqyaslı yarışlar, turnirlər keçiririk. Belə yarışkar məşqçilərin, hakimlərin və idmançıların ustalıq səviyyəsini artırmağa da xidmət edir. Bundan başqa, Respublikanın şəhər və rayonları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır. Beynəlxalq arenada Azərbaycanı təmsil etmək üçün yığma komandanın formalaşması üçün də önəmli rol oynayır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26