Interposta.Info

Perulu idmançıdan dünya rekordu

İdman
 27-03-2023, 15:15     507

İdman yerişində iki dəfə dünya çempionu olan perulu atlet Kimberli Qarsiya qadınlar arasında 35 kilometr məsafəyə yarışda dünya rekordunu yeniləyib.

"İnterPosta"xəbər verir ki, Slovakiyanın Dudince şəhərində keçirilən qadınların 35 km məsafəyə idman yerişi yarışında 2 saat 37 dəqiqə 44 saniyəlik nəticə göstərən Qarsiya birinciliyə dünya rekordu ilə yüksəlib.

Yarışda ikinci yeri çinli idmançı Liu Honq, üçüncü yeri isə ekvadorlu idmançı Maqali Bonilla tutub. 2022-ci il Dünya Atletika Çempionatında 20 və 35 kilometr məsafələrə yarışlarda qızıl medal qazanan Qarsiya 2:38:24 nəticə ilə 2019-cu ildən dünya rekorduna sahib olan rusiyalı Klavdiya Afanasyevanı geridə qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26