Interposta.Info

Beşqat dünya, üçqat olimpiya çempionu yarışlardan kənarlaşdırıldı

İdman
 23-12-2022, 15:04     524

Üçqat Olimpiya çempionu çinli ağır atlet Lyu Xiaoyun dopinq qəbul etdiyinə görə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb.

Beynəlxalq Test Agentliyi (ITA), oktyabrın 30-da 38 yaşlı idmançıdan götürülən dopinq nümunəsində qadağan olunmuş EPO maddəsinin aşkar edildiyini bildirib. Araşdırmalar yekunlaşana qədər yarışlarda iştirakı qadağan olunan Lyu B nümunəsinin analizini tələb etmək hüququna malikdir.

2012 və 2016-cı illərdə kişilər arasında 77 kq-da olimpiya çempionu olan Lyu, Tokio 2020-də 81 kq çəki dərəcəsində yarışlarışlara qatılaraq qızıl medal qazanıb.

Çinli ağır atlet 5 dəfə dünya çempionu olub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26